Bakıda motosiklet, Lənkəranda avtomobil qaçırılıb

Bakıda motosiklet, Lənkəranda avtomobil qaçırılıb Bakıda motosiklet, Lənkəranda avtomobil qaçıran şəxs tutulub.
Hadisə
26 Noyabr , 2020 12:01
Bakıda motosiklet, Lənkəranda avtomobil qaçırılıb
0 : 00
0 : 00

Bakıda motosiklet, Lənkəranda avtomobil qaçıran şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mayın 26-da Binəqədi rayonu ərazisindəki restoranlardan birinin qarşısından F.Mahmudova məxsus “Haouju” markalı motosikleti qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş C.Mirzəyev Qobu qəsəbəsi ərazisində motosikletlə birgə saxlanılıb.

Bundan başqa, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini S.Ağayev noyabrın 25-də Gərmətük qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini M.Fərzullayev müəyyən edilərək saxlanılıb, avtomobil isə yaşadığı evin həyətində tapılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi