Bakıda motosiklet "Kamaz"la toqquşub, sürücü ağır yaralanıb

Bakıda motosiklet "Kamaz"la toqquşub, sürücü ağır yaralanıb Bakının Yasamal rayonunda yol qəzası baş verib.
Hadisə
21 Sentyabr , 2019 04:30
Bakıda motosiklet Kamazla toqquşub, sürücü ağır yaralanıb

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

"Report"un məlumatına görə, "Günəş Petrol" yanacaqdoldurma məntəqəsinin qarşısında motosikletlə "Kamaz" markalı yük maşınının toqquşması nəticəsində birincinin 1978-ci il təvəllüdlü sürücüsü Mahmudov Samir İbrahim oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona açıq kəllə-beyin travması və üz skelet sümüklərinin sınığı diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi