Bakıda motosiklеt sürücüsü qəza törədib: xəsarət alan var

Bakıda motosiklеt sürücüsü qəza törədib: xəsarət alan var Ağır xəsarət almış sürücü xəstəxanaya yerləşdirilib
Hadisə
8 May , 2017 06:14
Bakıda motosiklеt sürücüsü qəza törədib: xəsarət alan var

Bakı. 8 may. REPORT.AZ/ Bakıda motosiklet sürücüsü qəza törədib.

"Report" xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, Bibiheybət məscidinin yaxınlığında qeydə alınıb.

Belə ki, "Zontes" markalı motosikletin sürücüsü, 1995-ci il təvəllüdlü Həsənov Ramazan Ağasəlim oğlu nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə o, səkiyə çırpılıb.

Ağır xəsarət almış sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi