Bakıda "Moskviç" oğruları tutulub

Bakıda "Moskviç" oğruları tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
3 Oktyabr , 2015 13:05
Bakıda Moskviç oğruları tutulub

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakıda avtomobil oğruları tutulub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 2-də saat 6 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində "Moskviç 412" markalı avtomobil şübhə doğurduğundan saxlanılıb, sürücüsü, Bakı şəhər sakini Ruslan Kərimov, sərnişinləri Vasiliy Maslakov, Rövşən Gülümcanov, Qəbələ rayon sakini Emil Bəkirov və Qazax rayon sakini Elçin Quliyev 10-cu Polis Bölməsinə aparılıblar.

Araşdırmalar zamanı onların qeyd edilən avtomobili həmin gün Yasamal rayonu B.Səfəroğlu küçəsindən qaçırmaları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi