Bakıda moped maşınla toqquşub, 1 nəfər ağır xəsarət alıb - FOTO

Bakıda moped maşınla toqquşub, 1 nəfər ağır xəsarət alıb - FOTO Hadisə Nərimanov rayonunda baş verib
Hadisə
4 Yanvar , 2018 05:51
Bakıda moped maşınla toqquşub, 1 nəfər ağır xəsarət alıb - FOTO
@Report

Bakı. 4 yanvar. REPORT.AZ/ Bakının Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan "90-PE-796" dövlət qeydiyyat nişanlı "Renault" markalı avtomobil əsas yolla hərəkətdə olan zaman binalardan birinin həyətyanı sahəsindən çıxan və 1995-ci il təvəllüdlü Səmədov Alik Asif oğlunun idarə etdiyi moped ona çırpılıb.

Nəticədə A.Səmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi