Bakıda minik maşını ilə avtobus toqquşub, yaralanan var - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda minik maşını ilə avtobus toqquşub, yaralanan var - FOTO - VİDEO - YENİLƏNİB Hadisə Ramana qəsəbəsində baş verib
Hadisə
235
13 Dekabr , 2017 10:47
Bakıda minik maşını ilə avtobus toqquşub, yaralanan var - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


*** 12 dekabr, 23:53

Bakı. 12 dekabr. REPORT.AZ/ Bakının Sabunçu rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, Ramana qəsəbəsində yerləşən Şuşa qaçqın şəhərciyi ərazisində "VAZ-2106" markalı minik avtomobili ilə 214 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı avtobusu toqquşub.

Nəticədə "Jiquli"nin sürücüsü, 1981-ci il təvəllüdlü Nəsibov Ramin Osman oglu xəsarət alıb.

Avtobus sürücüsü Əli Rzayevin "Report"a bildirdiyinə görə, qəza minik avtomobilinin onun yoluna çıxması nəticəsində baş verib.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi