Yuxarı

​Bakıda minik avtomobili, Şabranda mikroavtobus yanıb

Yanğın hadisələri axşam saatlarında baş verib

Bakı. 4 iyul. REPORT.AZ/ Axşam saatlarında paytaxtda və Şabran rayonu ərazisində minik avtomobilləri yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ilk yanğın hadisəsi Bakıda qeydə alınıb.

Şəhərin Nəsimi rayonu ərazisində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan qarajın yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan içəridə olan “Mercedes” markalı minik avtomobilinin qabaq buferi və güzgüsü deformasiyaya uğrayıb. Bitişik digər qaraj və avtomobil yanğından mühafizə olunub. Yanğın 18:00-da söndürülüb.

Digər yanğın 20:00 radələrində Şabranın Taxtakörpü kəndində qeydə alınıb. Orada vətəndaşa məxsus "Ford" markalı sərnişin mikroavtobusunun mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından muhafizə olunub və yanğın saat 20:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi