Bakıda minik avtomobili sərnişin avtobusuna çırpılıb

Bakıda minik avtomobili sərnişin avtobusuna çırpılıb Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda “Ravon” markalı minik avtomobilinin yol kənarında dayanan “Hyundai” markalı sərnişin avtobusuna çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüs
Hadisə
25 Dekabr , 2020 08:41
Bakıda minik avtomobili sərnişin avtobusuna çırpılıb

Bakıda yol qəzası olub.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Yasamal rayonunda “Ravon” markalı minik avtomobilinin yol kənarında dayanan “Hyundai” markalı sərnişin avtobusuna çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi