​Bakıda minik avtomobili qəzaya uğrayaraq yanıb

​Bakıda minik avtomobili qəzaya uğrayaraq yanıb Hadisə axşam saatlarında baş verib
Hadisə
25 Mart , 2015 00:09
​Bakıda minik avtomobili qəzaya uğrayaraq yanıb

Bakı. 25 mart. REPORT.AZ/ Axşam saatlarında Bakının Nizami rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı dəmir barmaqlıqlara çırpılması nəticəsində yol qəza hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qəza nəticəsində avtomobilin yanar hissələri yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 22:43-də söndürülüb.

Son xəbərlər

Orphus sistemi