Bakıda minik avtomobili "KamAZ"a çırpılıb, xəsarət alan var - FOTO

Bakıda minik avtomobili "KamAZ"a çırpılıb, xəsarət alan var - FOTO Yol polisi faktla bağlı araşdırma aparır
Hadisə
3 Mart , 2017 10:23
Bakıda minik avtomobili KamAZa çırpılıb, xəsarət alan var - FOTO

Bakı. 3 mart. REPORT.AZ/ Bakıda minik avtomobili "KamAZ"a çırpılıb, xəsarət alan var.

"Report"un xəbərinə görə, hadisə Bakı-Sumqayıt yolunun Biləcəri qəsəbəsinin ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, Sumqayıt istiqamətində yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirib. Nəticədə minik avtomobili Camal İbişova məxsus "KamAZ" markalı yük avtomobilin arxa hissəsinə çırpılıb.

Minik avtomobilinin sürücüsü (hələlik adı açıqlanmır) ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yol polisi faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi