Bakıda minik avtomobili işıq dirəyinə çırpılıb, 4 nəfər ölüb - YENİLƏNİB

Bakıda minik avtomobili işıq dirəyinə çırpılıb, 4 nəfər ölüb - YENİLƏNİB Bakı. 20 sentyabr. REPORT.AZ/ Bakı şəhərində minik avtomobilinin elektrik dirəyinə çırpılması nəticəsində ölənlərdən üçünün şəxsiyyətini dəqiqləşdirmək mümkün olub.
Hadisə
20 Sentyabr , 2018 20:35
Bakıda minik avtomobili işıq dirəyinə çırpılıb, 4 nəfər ölüb - YENİLƏNİB

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Bakı şəhərində minik avtomobilinin elektrik dirəyinə çırpılması nəticəsində ölənlərdən üçünün şəxsiyyətini dəqiqləşdirmək mümkün olub". 

Bunu "Report"a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. 

Onun sözlərinə görə, hazırda faktla bağlı Xətai rayon Polis idarəsində araşdırma başlanılıb: "Ölənlərdən birinin meyiti tanınmaz halda olduğundan onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır".


*** 20:16

Bakıda ağır yol qəzası baş verib. 

"Report" xəbər verir ki, hadisə Xətai rayonu ərazisində, Nobel prospektində qeydə alınıb.  

Belə ki, "Hyundai Elantra" markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə 4 nəfər hadisə yerində ölüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri meyitləri deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi