Bakıda minik avtomobili beton səkiyə çırpılıb - FOTO - VİDEO

Bakıda minik avtomobili beton səkiyə çırpılıb - FOTO - VİDEO Nəticədə avtomobil deformasiyaya uğrayıb
Hadisə
15 Aprel , 2017 07:18
Bakıda minik avtomobili beton səkiyə çırpılıb - FOTO - VİDEO

Bakı. 15 aprel. REPORT.AZ/ Bakının Suraxanı rayonunda minik avtomobili səkiyə çırpılıb.

"Report"un xəbərinə görə, hadisə Bakı-Hava limanı yolunda baş verib.

"90-LT-782" dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobilin sürücüsü idarəetməni itirərək beton səkiyə çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb. Xəsarət alan olmayıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. Sürücü sərxoş olub-olmamasının yoxlanılması üçün müvafiq məntəqəyə aparılıb.

Son xəbərlər

Orphus sistemi