Bakıda minik avtomobili avtobusla toqquşub, xəsarət alanlar var

Bakıda minik avtomobili avtobusla toqquşub, xəsarət alanlar var Bakıda avtomobillə avtobus toqquşub.
Hadisə
1 Noyabr , 2019 01:08
Bakıda minik avtomobili avtobusla toqquşub, xəsarət alanlar var

Bakıda avtomobillə avtobus toqquşub.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü İbrahim Rəcəbov idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil 131 saylı sərnişin avtobusuna çırpılıb.

Hadisə zamanı "VAZ-2106"-nın sürücüsü İ.Rəcəbov və sərnişinlər - 1996-cı il təvəllüdlü Həmidağa Babayev, 1997-ci il təvəllüdlü Mehdi Rəhimov və 1988-ci il təvəllüdlü İkram Rəcəbov xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. İ.Rəcəbova dizin sınığı diaqnozu qoyulub. Digər yaralılar isə ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıblar.

Son xəbərlər

Orphus sistemi