Yuxarı

Bakıda “Milli Ön” terminalından oğurluq edən şəxs saxlanılıb

Bakıda “Milli Ön” terminalından oğurluq edən şəxs saxlanılıb

Bakı. 9 yanvar. REPORT.AZ/Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə Bakının Nizami rayonu H.Əliyev prospektində yerləşən dayanacaqlardan birində quraşdırılan “Milli Ön” ödəmə terminalının qıfılının naməlum şəraitdə sındırılaraq orada olan 1059 manat pulun oğurlanması barədə məlumat daxil olub. Məlumat dərhal ərazi üzrə Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinə ötürülüb.

Bu barədə “Report”a DİN-in mətbut xidmətindən bildirilib.

Bölmə əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, paytaxt sakini Kamran Kərimov saxlanılıb. O, istintaqa verdiyi ifadəsində üzərində gəzdirdiyi balta ilə gecə saatlarında həmin aparatı qırdığını və oradakı pulları taladığını bildirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi