Bakıda “Milli Ön” ödəmə terminalından oğurluq olub

Bakıda “Milli Ön” ödəmə terminalından oğurluq olub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
30 Oktyabr , 2015 12:43
Bakıda “Milli Ön” ödəmə terminalından oğurluq olub

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakıda “Milli Ön” ödəmə terminalından oğurluq olub. “Report”un xəbərinə görə, bu barədə DİN-in rəsmi saytı məlumat yaıb.

Belə ki, Bakı şəhər sakini Andrey Pavlenko Xocalı prospektində quraşdırılmış “Milli Ön” ödəmə terminalından 1100 manat oğurlayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Pavlenko tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi