Bakıda meyiti tapılan qadının əri tərəfindən öldürüldüyü məlum olub

Bakıda meyiti tapılan qadının əri tərəfindən öldürüldüyü məlum olub Faktla bağlı Sabail Rayon Prokurorluğunda cinayət işi başlanıb
Hadisə
21 Noyabr , 2014 18:09
Bakıda meyiti tapılan qadının əri tərəfindən öldürüldüyü məlum olub

Bakı. 21 noyabr. REPORT.AZ/ Səbail rayonunda baş verən qətldə şübhəlı bilinən şəxs saxlanılıb.

Səbail Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, keçirilən əməliyyat zamanı Münəvvər Miriyevanın həyat yoldaşı Elmar Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub.

E.Əliyev bir neçə ay əvvəl həbsdən azad olunub. O, həbsxanada olduğu müddətdə həyat yoldaşı M.Miriyeva ərindən boşanmaq üçün rəsmi şəkildə məhkəməyə müraciət edib. Bu səbəbdən E.Əliyev ötən axşam restoranda qabyuyan işləyən həyat yoldaşının çalışdığı yerə gələrək onun işdən çıxmasını gözləyib. M.Miriyeva işdən çıxan zaman E.Əliyev onu bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Sabail Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Son xəbərlər

Orphus sistemi