Bakıda metroya bomba qoyacağı barədə yalan məlumat verən şəxsin məhkəməsi başlayıb

Bakıda metroya bomba qoyacağı barədə yalan məlumat verən şəxsin məhkəməsi başlayıb Fəqani İsmayılov özünü təqsirli bilmədiyini söyləyib
Hadisə
5 Oktyabr , 2016 15:53
Bakıda metroya bomba qoyacağı barədə yalan məlumat verən şəxsin məhkəməsi başlayıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinə (DİN) zəng edərək metroya bomba qoyacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən Fəqani İsmayılovun cinayət işi üzrə məhkəməsinin baxış iclası keçirilib.

“Report”un xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihaçşısı ittiham aktını elan edib.

F.İsmayılov özünü təqsirli bilmədiyini, metroya bomba qoymadığını deyib: "Polisə zəng etmişdim ki, xəstəxananın nömrəsini verin. Lakin həmin yerdən də mənə 104 xidmətinə zəng vurmalı olduğumu bildirdilər".

Məhkəmə prosesi oktyabrın 12-nə təyin olunub.

Qeyd edək ki, bu ilin fevral ayında naməlum şəxs DİN-ə zəng edərək metroya bomba qoyacağını deyib. 102 xidmətinə daxil olan zəngdən sonra araşdırmalara başlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsi, DİN-in Abşeron Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Abşeron rayonunun Saray qəsəbəsində yaşayan, İmişli rayon sakini 1977-ci il təvəllüdlü F.İsmayılov olması müəyyən edilib. Daha sonra həmin şəxs saxlanılıb.

O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olnur.

Son xəbərlər

Orphus sistemi