​Bakıda metroda telefon oğurlayan şəxs tutulub

​Bakıda metroda telefon oğurlayan şəxs tutulub Faktla bağlı araşdırrmalara başlanılıb
Hadisə
7 Fevral , 2015 13:19
​Bakıda metroda telefon oğurlayan şəxs tutulub

Bakı. 7 fevral. REPORT.AZ/ Bakıda metronun 28 May stansiyasında telefon oğurlayan şəxs tutulub. "Report" xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb. Bakı şəhər BPİ Metropolitendə Polis Şöbəsinin Cinayət axtarış Qrupu əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də saat 12:40 radələrində, metronun “28 May” stansiyasında Bakı şəhər sakini Afi Aslanovanın cibindən mobil telefonu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Rasim Nəcəfov tutulub.

Bakı Şəhər Baş Polsi İdarəsinin yaydığı məlumatda həmçinin paytaxtda maşın oğurluğu ilə məşqul olan 21 yaşlı Rəşad Tağıyevin tutulması da bildirilir. Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Əliağa Mirzəyevə məxsus “Reno” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rəşad Tağıyev müəyyən olunaraq saxlanılıb.

Son xəbərlər

Orphus sistemi