Yuxarı
    Bağlamaq

    Bakı metrosunda əlbəyaxa dava olub

    Qadını təhqir edən sərxoş sərnişin polisi də təhqir edərək müqavimət göstərib

    Bakı. 14 noyabr. REPORT.AZ/ Bakı Metropolitenində əlbəyaxa dava olub. 

    "Report" xəbər verir ki, metronun "Neftçilər" stansiyasında qatarda iki sərnişin əlbəyaxa dava edib. Davaya səbəb sərnişinlərdən birinin qadını təhqir etməsi olub.

    Polis hadisəyə müdaxilə edib. Qadını təhqir edən sərxoş sərnişin polisi də təhqir edərək müqavimət göstərib. Hadisə yerinə bir neçe polis əməkdaşı gəlib sərxoş sərnişini növbətçi hissəyə aparıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi