Bakıda metro qatarında qadın keçmiş əri tərəfindən bıçaqlanıb

Bakıda metro qatarında qadın keçmiş əri tərəfindən bıçaqlanıb Bakı. 5 sentyabr. REPORT.AZ/ Bakı metropoliteninin Nəsimi stansiyasında bıçaqlanma hadisəsi baş verib.
Hadisə
5 Sentyabr , 2018 04:37
Bakıda metro qatarında qadın keçmiş əri tərəfindən bıçaqlanıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bakı metropoliteninin Nəsimi stansiyasında bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1972-ci il təvəllüdlü Quliyeva Elnarə Baloğlan qızı Nəsimi stansiyasında olarkən qatarda ona keçmiş əri yaxınlaşıb və onlar mübahisə edib.

Nəticədə E.Quliyeva ürək nahiyəsindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi