Bakıda metal qəbul edən şəxslərə iradını bildirən kişi döyülüb

Bakıda metal qəbul edən şəxslərə iradını bildirən kişi döyülüb Davaya həmin şəxslərin yüksək səslə müştəri səsləməsi səbəb olub
Hadisə
25 Dekabr , 2017 02:27
Bakıda metal qəbul edən şəxslərə iradını bildirən kişi döyülüb

Bakı. 25 dekabr. REPORT.AZ/ Bakıda metal qəbul edən şəxslər orta yaşlı kişini döyüblər.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonu, İlqar Cümşüdov küçəsində baş verib.

1981-ci il təvəllüdlü Bəşirov Heybət Firuz oğlu pərakəndə şəkildə metal qəbul edən şəxslərlə mübahisə edib. O, yaşadığı evin yerləşdiyi küçədə yüksək səslə müştəri səsləyən üç nəfərlə əlbəyaxa olub. Bu zaman kişi döyülərək orta-ağır bədən xəsarətləri alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi