Bakıda metal əşyalar daşıyan avtomobil yaşlı kişini vurub - FOTO

Bakıda metal əşyalar daşıyan avtomobil yaşlı kişini vurub - FOTO Bakı. 23 iyul. REPORT.AZ/ Bakıda yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
23 İyul , 2018 04:54
Bakıda metal əşyalar daşıyan avtomobil yaşlı kişini vurub - FOTO
Foto: "Report"

Bakı. 23 iyul. REPORT.AZ/ Bakıda yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib.

Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yolu keçmək istəyən Cəbrayıl rayon sakini, 1953-cü il təvəllüdlü Məhərrəmov Fəxrəddin Məhyəddin oğlunu metal əşyalar daşıyan "VAZ-2106" markalı avtomobil vurub.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, piyada bud sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya qəbul edilib. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi