Yuxarı

​Bakıda məşhur şirkətdən 35 min manat oğurlanıb

Hazırda faktla bağlı araşdırma aparılır

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakıda məşhur şirkətdən oğurluq edilib. “Report”un xəbərinə görə, “Engin LTD”nin Türkiyə vətəndaşı olan rəhbəri Gürkan Andic polisə müraciət edərək şirkətdən 35 min manat oğurlandığını bildirib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Engin LTD” şirkəti rəsmi olaraq 22 dekabr 2000-ci ildə fəaliyyətə başlayıb. Şirkət əsasən satış və marketinq sahəsində ixtisaslaşıb. Şirkətin 70%-ə yaxın əməkdaşı satış şöbəsində fəaliyyət göstərir. Hazırda şirkətdə İnformasiya Texnologiyaları, İnsan Resursları, Audit, Maliyyə, Mühasibat, Marketinq, Təminat, Təchizat və Texniki servis şöbələri fəaliyyət göstərir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi