Bakıda məşhur şirkət direktoru özünü güllələyib

Bakıda məşhur şirkət direktoru özünü güllələyib Faktla bağlı cinayət işi başlanıb
Hadisə
23 May , 2016 15:19
Bakıda məşhur şirkət direktoru özünü güllələyib

Bakı. 23 may. REPORT.AZ/ Bakıda intihar hadisəsi qeydə alınıb.

“Report”un əldə etdiyi məlumata qörə, 1962-ci il təvəllüdlü Söhbət Hacıyev yaşadığı Nərimanov rayonu A.Nemətulla küçəsi, ev 79,  mənzil 48 ünvanında ov tüfəngi ilə özünə intihar məqsədilə atəş açıb. O, hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, S.Hacıyev “İnteryer-S” MMC-nin direktoru vəzifəsində çalışıb.

***

Mərhumun qardaşı oğlu Orxan Hacıyev "Report"a bildirib ki, hadisə ehtiyatsızlıq səbəbindən baş verib: "Söhbət Hacıyevin heç bir problemi olmayıb. O, səhər ova getmək üçün silahını təmizləyən zaman ehtiyatsızlıqdan atəş açılıb".

Son xəbərlər

Orphus sistemi