Bakı. 9 iyun. REPORT.AZ/ Bakının Nəsimi rayonunda yerləşən Bioloji Təbabət Klinikasından oğurluq olub.
“Report”un xəbərinə görə, klinikada çalışan Cəmilə Mürsəlova Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə müraciət edərək içərisində 500 manat və qiymətli əşyalar olan çantasının oğurlandığını bildirib.
Faktla bağlı polis bölməsində araşdırma aparılır.