Bakıda "Mercedes" yüksək sürətlə işıqforda dayanan iki maşına çırpılıb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda "Mercedes" yüksək sürətlə işıqforda dayanan iki maşına çırpılıb - FOTO - VİDEO - YENİLƏNİB Nəticədə hər üç avtomobilə ciddi ziyan dəyib, sürücü yaralanıb
Hadisə
8 Dekabr , 2017 09:46
Bakıda Mercedes yüksək sürətlə işıqforda dayanan iki maşına çırpılıb - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


*** 03:44

Bakı. 8 dekabr. REPORT.AZ/ Bakının Xətai rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, 1981-ci il təvəllüdlü Mustafayev Elmar Telman oğlu Babək prospektində idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən sürət həddini aşıb.

Həmin vaxt işıqforun qırmızı işığında dayanan avtomobilləri görməyən sürücü idarəetməni itirərək yüksək sürətlə "Toyota Land Cruiser" və KİA markalı maşınlara çırpılıb. Nəticədə hər üç avtomobilə ciddi ziyan dəyib. Sürücü E.Mustafayev müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları hadisənin baş verdiyi əraziyə cəlb ediliblər. Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi