Bakıda "Mercedes Vito" "Lada-2112"yə çırpılıb, xəsarət alan var

Bakıda "Mercedes Vito" "Lada-2112"yə çırpılıb, xəsarət alan var Qaradağ rayonunda iki avtomobil toqquşub.
Hadisə
2 noyabr 2019 22:05
Bakıda Mercedes Vito Lada-2112yə çırpılıb, xəsarət alan var
Foto: "Report"

Qaradağ rayonunda iki avtomobil toqquşub.

"Report" xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, "Mercedes Vito" markalı avtomobil "Lada-2112" markalı avtomobilə çırpılıb. Hadisə zamanı "Lada"nın Elnur adlı sürücüsü (soyadı dəqiqləşdirilir - red) başından xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun sağ gicgah nahiyəsinin kəsilmiş yarası aşkarlanıb.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi