Bakıda "Mercedes" körpüdən aşıb, ölən və yaralananlar var - YENİLƏNİB

Bakıda "Mercedes" körpüdən aşıb, ölən və yaralananlar var - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
1 Aprel , 2017 07:53
Bakıda Mercedes körpüdən aşıb, ölən və yaralananlar var - YENİLƏNİB

Bakı. 1 aprel. REPORT.AZ/ Bakıda "Mercedes"in körpüdən aşması nəticəsində ölən və yaralananların kimliyi məlum olub.

Qaradağ rayonu, Bakı-Qazax magistral avtomobil yolunun 67-ci kilometrliyində “Mercedes” markalı minik avtomobilinin körpüdən aşması nəticəsində dünyasını dəyişmiş şəxslərdən biri avtomobilin sürücüsü Səlimov Səlim Zakir oğludur. Hadisə zamanı iki qardaş - 1988-ci il təvəllüdlü Cəlilov Xəyyam İlham oğlu, habelə 1993-cü il təvəllüdlü Cəlilov Gülağa İlham oğlu xəsarət alıblar.

Yaralılardan biri - Cəlilov Gülağa İlham oğlu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə zamanı dünyasını dəyişənlərdən biri qadındır. O, avtomobilə sərnişin qismində əyləşibmiş.  

***23:15

Paytaxtın Qaradağ rayonu ərazisində, Bakı-Ələt magistral yolunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Bakı Dəniz Limanının yaxınlığındakı körpüdə qeydə alınıb.

Belə ki, "Mercedes" körpüdən aşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Qəza zamanı ölənlərin və xəsarət alanların kimliyi araşdırılır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi