Yuxarı
    Bağlamaq

    Bakıda mənzillərdə 215 ədəd qadağan olunan kitab və 9 jurnal aşkarlanıb

    Hər iki faktla bağlı araşdırma aparılır

    Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunda polisin keçirdiyi əməliyyat zamanı qadağan olunmuş kitablar aşkarlanıb.

    "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lökbatan qəsəbə sakinləri Qəndaf Hüseynovanın, Pərixanım İbrahimovanın, İlkin İbrahimovun və qardaşı Samirin evlərinə baxış zamanı oradan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən 56 ədəd kitab aşkar edilərək götürülüb.

    Bununla yanaşı, Qaradağ RPİ-nin 38-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sahil qəsəbəsində yaşayan Gürcüstan vətəndaşı Rizvan Həmidovun evinə baxış zamanı oradan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən 159 ədəd kitab və 9 ədəd jurnal aşkar edilərək götürülüb.

    Hər iki faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi