Bakıda mənzildən xəz palto, qızıl-zinət əşyaları və sənədlər oğurlanıb

Bakıda mənzildən xəz palto, qızıl-zinət əşyaları və sənədlər oğurlanıb Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
267
17 Yanvar , 2017 18:02
Bakıda mənzildən xəz palto, qızıl-zinət əşyaları və sənədlər oğurlanıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Bakıda qadının mənzilindən xəz palto, qızıl-zinət əşyaları və sənədlər oğurlanıb.

"Report"un xəbərinə görə hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər 1986-ci il təvəllüdlü P.Ə.-yə məxsus mənzilin eyvanından keçərək içəri daxil olublar. Evdən 2 880 manat dəyərində qızıl-zinət əşyaları, 7 000 manat dəyərində xəzi palto, 1 000 manatlıq noutbuk və evin sənədləri, şəxsiyyət vəsiqəsi oğurlanıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi