Bakıda mənzildən tapança aşkarlanıb

Bakıda mənzildən tapança aşkarlanıb Bakı. 23 aprel. REPORT.AZ/ Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Hadisə
23 Aprel , 2018 13:25
Bakıda mənzildən tapança aşkarlanıb

Bakı. 23 aprel. REPORT.AZ/ Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Bəxtiyar Qasımovun mənzilindən 1 ədəd pnevmatik, 1 ədəd idman tapançaları və 28 ədəd patron aşkar edilərək götürülüb.

Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Ayaq Qərvənd kəndində yaşayan Şəfayət Abdullayevin evindən 3 ədəd tüfəng, 1 ədəd idman tapançası, 52 ədəd müxtəlif çaplı patron, 1 beşbarmaq, 1 süngü-bıçaq, 1 bıçaq, 29 ədəd giliz və 1 patron darağı aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi