Yuxarı

​Bakıda mənzildən qadın meyiti tapılıb

İradə Quliyeva mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb

Bakı. 23 may. REPORT.AZ/ Bakıda mənzildən qadın meyiti tapılıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin(FHN) rəsmi saytı məlumat yayıb.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1959-cü il təvəllüdlü Quliyeva İradə Vəli qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib, zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. İlkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi