​Bakıda mənzildən qadın meyiti aşkar edilib - FOTO

​Bakıda mənzildən qadın meyiti aşkar edilib - FOTO Hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib
Hadisə
3 Fevral , 2015 22:41
​Bakıda mənzildən qadın meyiti aşkar edilib - FOTO

Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün günorta saatlarında Bakının Sabunçu rayonunda Bakı sakini mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1939-cu il təvəllüdlü Talıbova Svetlana Əbdül qızının mənzilin giriş qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya verməməsi yaxınlarının narahatlığına səbəb olub və onlar hər hansı bir bədbəxt hadisənin baş verdiyini ehtimal edərək kömək üçün 112 xidmətinə müraciət ediblər.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilə pəncərənin dəmir barmaqlıqlarını xüsusi alət və avadanlıqlarla kəsərək daxil olublar.

Xilasedicilər mənzilə baxış keçirərkən vətəndaşı huşsuz vəziyyətdə aşkar edərək hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı S.Talıbovanın vəfat etdiyi müəyyən edilib. Xilasedicilər vətəndaşın cəsədini hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilməsini təmin ediblər.

Əməliyyatın sonunda xilasedicilər Sabunçu rayonu 13-cü Polis Bölməsinin əməkdaşı, polis kapitan Rəşad Süleymanovun iştirakı ilə müvafiq akt tərtib edərək əməliyyat barədə 112 Xidmətinə məlumat verib və xidməti yerlərinə qayıdıblar.

Son xəbərlər

Orphus sistemi