Paytaxtın Qaradağ rayonunda mənzildən kişi meyiti tapılıb

Paytaxtın Qaradağ rayonunda mənzildən kişi meyiti tapılıb 80 yaşlı Viktor Feyodroviçin vəfat etdiyi müəyyən olunub
Hadisə
29 İyun , 2016 06:30
Paytaxtın Qaradağ rayonunda mənzildən kişi meyiti tapılıb

Bakı. 29 iyun. REPORT.AZ/ Paytaxtın Qaradağ rayonunda 80 yaşlı kişinin meyiti tapılıb. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda 1936-cı il təvəllüdlü Vituxin Viktor Feyodroviçin  mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. 

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı V. Feyodroviçin vəfat etdiyi müəyyən olunub.

Əməliyyat saat 22:36-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi