Bakıda mənzildən kişi meyiti tapılıb

Bakıda mənzildən kişi meyiti tapılıb O, bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb
Hadisə
9 Sentyabr , 2017 20:21
Bakıda mənzildən kişi meyiti tapılıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Axşam saatlarında Bakının Nərimanov rayonundakı mənzillərdən birində kişi meyiti tapılıb.

"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata görə, Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1967-ci il təvəllüdlü Borsiyok Vadim Sergeyeviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi