Yuxarı
    Bağlamaq

    Bakıda mənzildən çürümüş kişi meyiti aşkarlanıb

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 24 yanvar. REPORT.AZ/ Bakıda mənzildə çürümüş kişi meyiti aşkarlanıb.

    "Report"un xəbərinə görə, hadisə Səbail rayonunda qeydə alınıb.

    Belə ki, Badamdar qəsəbəsi ərazisində mənzildən 1933-cü il təvəllüdlü Məmmədov Sabir Güləhməd oğlunun çürümüş meyiti tapılıb.

    Meyit aidiyyəti üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. S.Məmmədovun qohumlarının dediyinə görə, o, şəkərli diabet xəstəliyindən əziyyət çəkib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi