Bakıda mənzildən 9 600 manat pul və qızıl əşyaları oğurlanıb

Bakıda mənzildən 9 600 manat pul və qızıl əşyaları oğurlanıb Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
5 Yanvar , 2017 09:46
Bakıda mənzildən 9 600 manat pul və qızıl əşyaları oğurlanıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Bakıda mənzildən 9 600 manat pul və qızıl-zinət əşyaları oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, Rahib Məmmədov küçəsi ev 12 mənzil 52-də yaşayan ev sahibi Faiq Cəfərov mənzildə olmadığı vaxt naməlum şəxslər pəncərənin dəmir barmaqlıqlarını qıraraq içəri daxil olub. Mənzildən 9 600 manat pul və 4 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi