Bakıda mənzildən 80 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən 80 min manatlıq qızıl oğurlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
13 İyun , 2016 11:45
Bakıda mənzildən 80 min manatlıq qızıl oğurlanıb

Bakı. 13 iyun. REPORT.AZ/ Bakının Yasamal rayonunda mənzildən külli məbləğdə pul və qızıl-zinət əşyaları oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə Q.Xəlilov küçəsi ev 8-də qeydə alınıb.

Orada yaşayan 1952-ci il təvəllüdlü Yeganə Vəliyevanın mənzilindən açarseçmə yolu ilə 80 min manat dəyərində qızıl-zinət əşyaları və 7 min manat pul oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi