Bakı. 1 sentyabr. REPORT.AZ/ Bakıda mənzildən oğurluq olub.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Xətai rayonunun İ.Zülfüqarov küçəsində qeydə alınıb.
Həmin küçədə 29 sayı evdə yaşayan Rüstəm Musayevə məxsus mənzildən eyvanın qapısından daxil olmaqla 7 min 500 manat və 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.