Yuxarı

Bakıda mənzildən 58 min manat pul oğurlanıb

Oğrular tutulub

Bakı. 6 avqust. REPORT.AZ/ Bakıda mənzildən 58 min manat pul oğurlanıb. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Belə ki, Bakı Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nizami Rayon Polis İdarəsinin 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də paytaxtın Nizami rayon sakini Elsevər Abutalıbovun yaşadığı evdən 58 000 manat oğurlayan Babək rayon sakinləri Emin Qafarov və Nicat Mirzəliyev tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi