Bakıda mənzildən 55 min manatlıq qızıl əşyaları oğurlanıb

Bakıda mənzildən 55 min manatlıq qızıl əşyaları oğurlanıb Qızıl əşyalar oğurlayanın qohumu tərəfindən polisə təhvil verilib
Hadisə
21 Fevral , 2017 12:01
Bakıda mənzildən 55 min manatlıq qızıl əşyaları oğurlanıb

Bakı. 21 fevral. REPORT.AZ/ Bakıda mənzildən 55 min manatlıq qızıl əşyalarını oğurlayan şəxsin kimliyi müəyyənləşib.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Bölməsi və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 15-də Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərdən birindən 55 000 manat dəyərində qızıl əşyaların və 1 ədəd planşetin Yevlax rayon sakini Şahin Bəkirov tərəfindən oğurlanması müəyyən edilib.

Oğurlanan qızıl əşyalar Ş.Bəkirovun qohumu tərəfindən Xəzər RPİ-yə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi