​Bakıda mənzildən 53 yaşlı kişi meyiti tapılıb

​Bakıda mənzildən 53 yaşlı kişi meyiti tapılıb Hadisə bu gün günorta saatlarında baş verib
Hadisə
27 Dekabr , 2015 16:50
​Bakıda mənzildən 53 yaşlı kişi meyiti tapılıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 1962-ci il təvəllüdlü Paşayev Elşən Ağabəy oğlunun mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Report" FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı E.Paşayevin vəfat etdiyi müəyyən olunub. Əməliyyat saat 14:57-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi