Bakıda mənzildən 5000 dollar oğurlayan qadın tutulub

Bakıda mənzildən 5000 dollar oğurlayan qadın tutulub Bakı. 19 yanvar. REPORT.AZ/ Yanvarın 17-də Bakı şəhər sakini olan qadın Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək evindən pulunun oğurlandığını bildirib.
Hadisə
19 Yanvar , 2018 11:44
Bakıda mənzildən 5000 dollar oğurlayan qadın tutulub

Bakı. 19 yanvar. REPORT.AZ/ Yanvarın 17-də Bakı şəhər sakini olan qadın Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək evindən pulunun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla mənzildən 5000 ABŞ dollarının ötən ilin noyabr ayının 28-dən dekabr ayının 20-dək olan müddətdə oğurlanması məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xəyalə Vəliyeva müəyyən edilərək saxlanılıb, istintaqa təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi