Yuxarı

Bakıda mənzildən 50 ədəd stul oğurlanıb

Faktla bağlı araşdırmalar davam etdirilir

Bakı. 15 fevral. REPORT.AZ/ Bakıda mənzildən çoxlu sayda əşya oğurlayan şəxs tutulub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) 35-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Naximov küçəsində Tahir Bayramovun mənzilindən, qapının kilidi sındırılmaqla 50 ədəd stul, 2 ədəd su qızdırıcısı, 2 ədəd elektrik mühərriki, televizor və soyuducu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Cahangir Mirzəyev tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi