Bakıda mənzildən 5 nəfərin meyiti tapılıb - YENİLƏNİB

Bakıda mənzildən 5 nəfərin meyiti tapılıb - YENİLƏNİB Faktla bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
5943
23 Fevral , 2021 15:39
Bakıda mənzildən 5 nəfərin meyiti tapılıb - YENİLƏNİB

Fevralın 23-ü saat 14 radələrində Səbail rayonu ərazisində yerləşən evdə 5 nəfər şəxsin meyitinin aşkar olunması barədə Səbail Rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla müəyyən olunub ki, 2004-cü il təvəllüdlü Atilla Əliyevin, 2003-cü il təvəllüdlü Lətif Əliyevin, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyevin, 1972-ci il təvəllüdlü Natiq Səfərovun və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyevin meyitləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində aşkar olunub.

İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

14.36

Bakıda evdən 5 nəfərin meyiti tapılıb.

“Report”un xəbərinə görə, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Atilla Əliyev, Lətif Əliyev, İnkişaf Allahverdiyev, Şakir Allahverdiyev və Natiq Səfərovun mənzildən meyitləri tapılıb.

Meyiti tapılan şəxslərdən biri ev sahibi, digərləri isə evə gəlmiş qonaqlardır.

İlkin ehtimala görə, onlar dəm qazından boğulublar.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə barədə ilk xəbəri haqqin.az saytı yayıb.

Son xəbərlər

Orphus sistemi