Bakıda mənzildən 48 min dollar və 25 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən 48 min dollar və 25 min manatlıq qızıl oğurlanıb Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır
Hadisə
2 Noyabr , 2016 13:17
Bakıda mənzildən 48 min dollar və 25 min manatlıq qızıl oğurlanıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Bakıda mənzildən oğurluq olub.

“Report”un xəbərinə görə, hadisə Xətai rayonu, N.Tusi küçəsi ev 14-dəki mənzillərdən birində baş verib.

Orada yaşayan 60 yaşlı Xuraman Hacıyevaya məxsus mənzilin qapısının kilidi sındırılıb. Mənzildən 48 min ABŞ dolları, 900 avro və təxminən 25 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi