Bakıda mənzildən 30 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən 30 min manatlıq qızıl oğurlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
11 Avqust , 2016 12:09
Bakıda mənzildən 30 min manatlıq qızıl oğurlanıb

Bakı. 11 avqust. REPORT.AZ/ Bakıda mənzildən 30 min manatlıq qızıl oğurlanıb.

 “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də Bakı şəhər sakini Rza Qurbanovun evindən 30.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini Əfqan Hüseynov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi