Bakıda mənzildən 30 min dollarlıq oğurluq olub

Bakıda mənzildən 30 min dollarlıq oğurluq olub Faktla bağlı araşdırma aparılır
Hadisə
29 Sentyabr , 2016 18:14
Bakıda mənzildən 30 min dollarlıq oğurluq olub

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakıda mənzildən oğurluq olub.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsindəki evlərdən birində qeydə alınıb.

Orada yaşayan 32 yaşlı Heyran Hüseynovaya məxsus mənzildən açar seçmə yolu ilə 10 min ABŞ dolları pul və 20 min ABŞ dollar dəyərində qızıl-zinyət əşyaları oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi