Bakıda mənzildən 19 min dollar oğurlanıb

Bakıda mənzildən 19 min dollar oğurlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
9 Sentyabr , 2016 15:29
Bakıda mənzildən 19 min dollar oğurlanıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda mənzildən oğurluq olub.

“Report”un xəbərinə görə, hadisə Babək prospekti ev 90 ünvanındakı mənzillərdən birində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Fəxrəddin Babayev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, o, evdə olmadığı müddətdə mənzilin qapısı sındırılaraq oradan 19 min ABŞ dolları məbləğində pul oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi