Bakıda mənzildən 13 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakıda mənzildən 13 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
10 yanvar 2017 09:11
Bakıda mənzildən 13 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakıda mənzildən 13 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsi ev 92 A mənzil 1106-da qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü İvanova Rəna Rişe qızına məxsus olan mənzilə naməlum şəxs və ya şəxslər açar seçmə yolu ilə daxil olaraq oradan 13 000 manat dəyərində qızıl-zinət əşyalarını aparıblar.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi